Taekvondoçularımız 6 medal qazanıblar

Taekvondoçularımız 6 medal qazanıblar

Avropa Taekvondo Birliyi (ATB) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən Antalyada təşkil edilən "G1" kateqoriyalı klublararası 3-cü Avropa çempionatı başa çatıb. SİA-nın məlumatına görə, çempionatda ölkəmizi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, "Qəbələ", "Gilan", "Neftçi", "Sumqayıt" və "Fateh" klublarının taekvondoçuları təmsil ediblər.

Çempionatda taekvondoçularımız ümumilikdə 6 medal qazanıblar. Yeniyetmələr arasında yarışlarda qızlardan Minayə Əkbərova (33 kq), gənc qızlardan Nərgiz Mirzəyeva (42 kq) və Jalə Əsədli (68 kq), gənc oğlanlar arasında isə Şamil Şirinzadə (45 kq), İlham Əliyev (45 kq) və Əli Məmmədov (51 kq) bürünc medallar qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə