Həftə "Xəzər Lənkəran"ın yetirmələri üçün uğurlu başlayıb. SİA-nın məlumatına görə, bazar ertəsi "Xəzər Lənkəran"ın 17 yaşlılardan ibarət komandası evdə "Sumqayıt"ı qəbul edib və görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib. Qolları Eltac Mirzəyev, Kənan Sadıxov və kapitan Məhəmməd Əsəsov vurublar."Xəzər Lənkəran" TV oyunun icmalını təqdim edir:
Növbəti gün klubun U-15 komandası evdə "Əlincə"ni Sübhan Məmmədli və Əli Qurbanovun qolları ilə məğlub edib - 2:1.
"Xəzər Lənkəran"ın U-19 komandası səfərdə "İnter"lə qolsuz heç-heçə oynayıb. Həftənin yeganə məğlubiyyətini isə "Qarabağ"a 3:0 hesabı ilə məğlub olan U-16 komandası alıb.
Qeyd edək ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 14-dən 19-dək Bakıda, fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Toplanışa "Xəzər Lənkəran"ın yetirmələri İbrahim Qədirzadə və Yusif Həsənov da dəvət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB