Şahmatçılarımız “Qran-Pri“nin 3-cü mərhələsində yarışacaqlar

Şahmatçılarımız “Qran-Pri“nin 3-cü mərhələsində yarışacaqlar

Fevralın 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri" seriyasının 3-cü mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, Azərbaycanı turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Eyni zamanda, "Qran-pri"də Aleksandr Qrişuk (Rusiya), Aniş Qri (Hollandiya), Maksim Vaşe-Laqrav (Fransa), Lenyer Dominqes (Kuba), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Dmitri Cakovenko (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Jobava Baadur (Gürcüstan) və Yevgeni Tomaşevski (Rusiya) birincilik uğrunda yarışacaqlar.

Qeyd edək ki, qaydalara əsasən, turnirə 12 şahmatçı qatılır və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayır. 4 ölkədə baş tutacaq 4 mərhələ keçən ilin oktyabr ayında başlayıb və bu ilin may ayında başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə