Bir müddət öncə əvəzedici komandaya göndərilən "Neftçi" klubunun üzvü Ernest Vebnje Nfor yenidən əsas heyətə cəlb olunub. SİA-nın xəbərinə görə, bu barədə klubun yaydığı məlumatda qeyd olunur ki, sözügedən futbolçu əvəzedici komandanın məşqlərində səylə iştirak edib və meydana çıxdığı oyunlarda fərqlənib. Əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan Ernest Nfor baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən futbolçunun əsas komandaya qaytarılmasına qərar verilib.
Xatırladaq ki, Ernest Nfor məşqlərdə və oyunlarda peşəkar səviyyədən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB