İranın Kirmanşah şəhərində Təxti Kuboku uğrunda beynəlxalq turnir start götürüb. SİA-nın məlumatına görə, turnirdə 16 ölkənin güləşçiləri mübarizə aparır.
Yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində Azərbaycan idmançılarının finalı baş tutub. Belə ki, Taleh Məmmədov və Orxan Əhmədov finala qədər bütün rəqiblərindən üstün olub. Finalda bir-biri ilə qarşılaşan güləşçilərimiz gərgin mübarizə aparıblar. Hesab 2:2 olsa da, son xalı Taleh Məmmədov aldığından qələbə ona verilib. Taleh Məmmədov qızıl, Orxan Əhmədov gümüş medala layiq görülüb.
Beləliklə, ilk günün yekunlarına əsasən güləşçilərimizin hesabında 1 qızıl və 1 gümüş medal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB