“Sumqayıt”-“Bakı”-0:0

"Sumqayıt" komandası Topaz Premyer Liqasının XXI turunda "Bakı" ilə qolsuz heç-heçə edib. Klubun mətbuat xidmətindən bildiriblər ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib: "Göstərdiyimiz oyundan razı qalmadım. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə bəxtimiz gətirdi. "Bakı"nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa, bütün oyunçular dəyişilməli idi. Futbolçularımızın çoxu zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyirəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə mütləq ciddi söhbət aparılmalıdır".

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca isə oyunla bağlı bildirib: "İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Gənc futbolçularımız hər oyunda təcrübə qazanırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə