Yığmamızın iki toplanış üçün heyəti

Yığmamızın iki toplanış üçün heyəti

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. SİA-nın məlumatına görə, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaqlar.

Toplanışlara dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qasimov Ağaseyid - "Qarabağ"

Muradbəyli Fəhmin - "Neftçi"

Əlizadə Sənan - "Neftçi"

Həşimli Mirkamil - "Neftçi"

Məmmədov Təyyar - "Bakı"

Mədətov Mahir - "Bakı"

Ağaverdiev Renat - "Bakı"

Mustafazadə Bəhlul - "Qəbələ"

Zamanov Emin - "Qəbələ"

Nəbiyev Yusif - "Qəbələ"

Əsədov Ayxan - "Qəbələ"

Əliyev Qismət - "Qəbələ"

Süleymanov Elnur - "İnter"

Nahavəndi Mansur - "İnter"

İbazadə Ülvi - "İnter"

Məmmədov Məhəmməd - "İnter"

Sadiqov İlkin - "İnter"

Nəsirov Budaq - "Sumqayit"

Kərimzadə Fərid - "Sumqayit"

Hüseynzadə Turan - "Xəzər Lənkəran"

Ağarəhimov Vadim - "Zenit" (Sankt-Peterburq, Rusiya)

Uluxanov Elgün - MOİK (Moskva, Rusiya)

Qeyd: Qismət Əliyev ("Qəbələ") yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli ("Neftçi") və Turan Hüseynzadə ("Xəzər Lənkəran") komandaya İrlandiya toplanışında qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə