Fevralın 8-dən etibarən Türkiyənin Antalya şəhərində Rusiya Futbol İttifaqının təşkilatçılığı ilə qapıçı məqşçiləri üçün UEFA seminarı başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Faiq Əzizov, yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes və köməkçisi Ramiz Kərimov seminarda iştirak edir. Məşğələlər İrlandiya, Estoniya, Norveç və Hollandiyadan olan mütəxəssislər tərəfindən keçirilir. Bu gün başa çatacaq seminara Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Rusiya və Ermənistanı təmsil edən qapıçı məşqçiləri qatılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB