Fevralın 11-də futbol üzrə Topaz Premyer-Liqasının XXI turunda növbəti oyunlar keçirilib. Bakının "Neftçi" komandası "Bakcell Arena"da "Xəzər-Lənkəran" komandası ilə qarşılaşıb. Hakim Ramil Diniyevin idarə etdiyi görüşdə Bakı komandası 2:0 hesabı ilə qalib gəlib. Oyunda Julius Vobay və Samir Məsimov fərqləniblər.
"Bakı"nın təlim-məşq bazasının stadionunda keçirilən və hakim Əliyar Ağayevin idarə etdiyi "Bakı" və "Sumqayıt" komandalarının görüşündə isə hesab açılmayıb ( 0:0).
"AZAL Arena" stadionunda keçirilən "AZAL" və "Qarabağ" komandalarının görüşündə Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolu Reynaldo Silva vurub.
Hazırda hesabında 40 xal olan "Qarabağ" komandası turnir cədvəlinə liderlik edir. "İnter" 33 xalla ikinci, aktivində 30 xal olan "Neftçi" isə üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB