“Qarabağ” AZAL-ı məğlub etdi

“Qarabağ” AZAL-ı məğlub etdi

Topaz Premyer Liqasının XXI turu çərçivəsində AZAL klubu "Qarabağ"ı qəbul edib. SİA-nın məlumatına görə, "AZAL Arena"da baş tutan matçda Ağdam təmsilçisi qələbə qazanıb. Baş hakim Orxan Məmmədovun idarə etdiyi qarşılaşmada qonaqlar minimal hesabla qalib gəliblər - 0:1. Oyunun 57-ci dəqiqəsində Reynaldo Silva komandasının qələbə qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə