Baş məşqçilər "Simurq"un "Qəbələ"ni məğlub etdiyi oyun haqda danışdılar
Topaz Premyer Liqasının XXI turuna Zaqatalada keçirilən "Simurq" - "Qəbələ" oyunu ilə start verilib. SİA-nın məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi matç barədə fikirlərini bildiriblər:
Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Bu gün pis oynadıq. Qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldır. Hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq".
George Çixradze ("Simurq"un baş məşqçisi): "Çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə, eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB