Riberi yaşıl meydanlara dönür

"Bavariya" futbol klubunun yarımmüdafiəçisi Frank Riberinin münxenlilərin ümumi qrupuna qayıtmasına az qalıb. Xarici KİV-lər xəbər verir ki, Riberi deyib: "Görək, əzələm gərginliyə necə reaksiya verəcək. Amma mən "Hamburq" ilə matçda oynamaq ümidindəyəm".

Frank Riberi 2015-ci il yanvarın sonunda zədələnib. Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsində "Şaxtyor"un rəqibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə