Superturnirin iştirakçıları məlum olub

Superturnirin iştirakçıları məlum olub

Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş II ənənəvi superturnirin iştirakçıları məlum olub. SİA-nın məlumatına görə, superturnirdə 10 ən güclü şahmatçı yarışacaq. Yarışda dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731) mübarizə aparacaq.

Qeyd edək ki, Vüqar Həşimovun xatirə turniri bu ilin aprel-may aylarında Şəmkirdə keçiriləcək.

Xatırladaq ki, birinci xatirə turniri ötən ilin aprelində keçirilib və Norveç şahmatçısı Maqnus Karlsenin qələbəsi ilə başa çatıb. Hazırda turnirin dəqiq tarixi müzakirə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə