Kot-Divuar yığması Afrika Millətlər Kubokunun qalibi olub

Kot-Divuar yığması Afrika Millətlər Kubokunun qalibi olub

Futbol üzrə Afrika Millətlər Kuboku yarışlarının qalibi müəyyənləşib. Turnirin finalında Kot-Divuar və Qana milliləri üz-üzə gəliblər.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Kot-Divuar yığması rəqibinə 9:8 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Kot-Divuar millisi 1992-ci ildə də kubokun qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə