Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıblar

Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıblar

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.

42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. 69 kq-da yarışan Ülvi Qənizadə isə, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medala sahib olub.

Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə