Nuripaşa Talibov: "Boksçularımızın hamısı üstün döyüş nümayiş etdirdi"
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires" klubu cari mövsümdə ikinci qələbəsini qazanıb. SİA-nın məlumatına görə, "Rafako Hussars Poland" komandası ilə görüşdən sonra (5:0) baş məşqçi Nuripaşa Talibov fikirlərini bildirib: "İki ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmalı idik. Şadam ki, inamlı qalibiyyət əldə etdik. Boksçularımızın hamısı baxımlı, effektli qələbə qazanmaq istəyirdi. Bu da onların döyüşünə bir qədər təsir göstərirdi. Beş boksçumuzun hamısı üstün döyüş nümayiş etdirdi. Albert Səlimov və Arslanbek Mahmudov cari mövsümdə ikinci qələbələrini qazandılar. Pərviz Bağırov bu gün WSB liqasında debüt etdi. Həmişə ilk döyüş çətin olur. Fikirləşirsən ki, sona qədər gücüm çatacaq, ya yox. Amma Pərviz yaxşı təsir bağışladı. Beş raundun hamısında hakimlər üstünlüyü ona verdilər. Yavaş-yavaş azarkeşləri yenidən zala qaytarırıq. Bu gün Quba Olimpiya Kompleksi tam dolmuşdu. Onlara da təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB