Xəbər verdiyimiz kimi, medallara iddialı "Neftçi" Topaz Premyer Liqasının XX turunda "Simurq"la qolsuz heç-heçə edib. SİA-nın məlumatına görə, "Bakcell Arena"da keçirilən oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov qarşılaşma barədə danışıb: "AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB