Topaz Premyer Liqasının XX turunda keçirilən "Neftçi" - "Simurq" oyununda qapılara qol vurulmayıb. SİA-nın məlumatına görə, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze qarşılaşma barədə fikirlərini bildirib: "Oyun çox gərgin alındı. Həm "Neftçi", həm də bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə saymaq olar. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. "Neftçi" ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB