Topaz Premyer Liqasının XX turu AZAL üçün uğurlu alınıb. SİA-nın məlumatına görə, Tərlan Əhmədovun başçılıq etdiyi komanda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra təyyarəçilərin baş məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə fikirlərini bildirib: "Vacib 3 xal qazandıq. Çox maraqlı oyun oldu. "Neftçi" ilə oyundan sonra bu matçda da qələbə qazanmaq yaxşı oldu. Biz "Neftçi" ilə oyundan sonra "Qəbələ"yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AZAL bu gün göstərdi ki, yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də. Biz qələbə qazandıq. Futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn "Qarabağ"la qarşılaşmaya hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Oyunçularım matça yaxşı köklənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB