“Barselona” stadionunun adını dəyişir

Bundan sonra “Kamp Nou Qatar Airways” adlana bilər
“Barselona” stadionunun adını dəyişir

"Qatar Airways" aviaşirkətinin baş direktoru, "Barselona" klubunun baş sponsoru Əkbər Əl-Baker bildirib ki, başçılıq etdiyi aviaşirkətin adı Kataloniya klubunun stadionunun adına əlavə edilə bilər. Əkbər Əl-Baker deyib: "Bizim şirkət üçün hər şey mümkündür, biz sürprizlərə hazırıq və onlardan biri "Kamp Hoy" ilə bağlı ola bilər".

Əl-Baker daha sonra deyib: "Bu, klub ilə müqavilənin yeni şərtlərinə görə baş verə bilər, danışıqlar gedir. "Qatar Airways" və "Barselona" eyni dəyərləri bölüşür".

"Barselona" "Qatar Airways"dən maliyyələşdirməni ildə 30 milyon avrodan 50 milyon avroya qədər artırmasına nail olmaq ümidindədir.

"Real"ın stadionu yenidənqurmadan sonra "Abu-Dabi Bernabeu" adlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə