Avropa “Top-16”da maraqlı qarşılaşmalar

Avropa “Top-16”da maraqlı qarşılaşmalar

Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa "Top-16" kuboku yarışlarının birinci günündə - fevralın 6-da maraqlı qarşılaşmalar keçirilib. Azərbaycanın turnirdə mübarizə aparan iki idmançısı da oyunlarını keçiriblər.

Qadınlar arasında mübarizənin "A" qrupunda çıxış edən Məryəm İmanova ilk görüşdə Niderland təmsilçisi Li Jie ilə üz-üzə gəlib. Görüşdə rəqib tennisçi 0:3 (4:11, 2:11 və 4:11) hesabı ilə qalib gəlib. Qrupda ikinci oyununu rumıniyalı Solja Petrissa ilə keçirən Məryəm İmanova bu dəfə də uğur qazana bilməyib – 0:3 (4:11, 4:11 və 3:11).

Kişilərin mübarizəsində isə Azərbaycan təmsilçisi Fərhad İsmayılov "D" qrupunda avstriyalı Qardos Robertə 0:3 (4:11, 4:11 və 6:11) hesabı ilə məğlub olub. Fərhad İsmayılovun ingiltərəli Drinhol Paul ilə görüşü isə rəqibin 0:3 (3:11, 5:11 və 6:11) hesablı qələbəsi ilə başa çatıb.

Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə