Fevralın 24-dən martın 8-dək Qüds şəhərində keçiriləcək kişilər arasında şahmat üzrə Avropa çempionatının iştirakçılarının siyahısı tamamlanıb. Hazırda siyahıya 118-i qrossmeyster olmaqla 250 şahmatçı daxildir. Yarışın iştirakçıları sırasında Azərbaycan qrossmeysterləri Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov var.
Turnir cədvəlində birinci yerdə çex qrossmeysteri David Navaranın adı yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB