Ən güclü şahmatçıların iştirakı ilə "Qran-pri" turnirinin yeni seriyası keçiriləcək. Seriyanın "Golden League" adlandırılacağı güman olunur. Bu barədə məlumatı "London Chess Classic" turnirinin direktoru Malkolm Peyn təsdiqləyib. Stavanger (Norveç), Sent-Luis (ABŞ) və London (Böyük Britaniya) turnirləri bu seriyaya daxil ediləcək. Dördüncü turniri Cakartada (İndoneziya) təşkil etmək planlaşdırılır. Formatlar unifikasiya ediləcək: bütün yarışlarda on iştirakçı dairəvi sistem üzrə oynayacaq. Təklif olunan ideyaya görə, bu, reytinq siyahısına əsasən doqquz aparıcı qrossmeyster və təşkilatçı ölkənin bir nominantından ibarət olmalıdır.
Yüksək mükafat fondu "Qran-pri" turnirində reytinq üzrə ən güclü şahmatçıların iştirakını reallaşdıracaq. Lakin əldə olan məlumata görə, rəsmi elan bütün iştirakçılarla müqavilə imzalandıqdan sonra olacaq.
Beynəlxalq Şahmat Federasiyasının bu ideya ilə heç bir əlaqəsi yoxdur. Norveçli Even Emberlend seriyanın təşkilatçısının Harri Kasparov olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB