İngilis azarkeşlər Ronaldunu ən yaxşı oyunçu sayıblar

İngilis azarkeşlər Ronaldunu ən yaxşı oyunçu sayıblar

"Real" futbol klubunun hücumçusu Kriştianu Ronaldu ingilis azarkeşlər arasında keçirilən sorğunun nəticələrində görə, bu ölkənin Premyer-liqasının ən yeni tarixində onun ən yaxşı oyunçusu sayılıb.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, portuqaliyalı "Mançestr Yunayted" də oynadığı altı il ərzində keçirdiyi 292 matçda 118 qol vurub, üç dəfə İngiltərə çempionatının, iki dəfə Liqa Kubokunun, bir dəfə İngiltərə Kubokunun, İngiltərə Superkubokunun, Çempionlar Liqasının və dünya klub çempionatının qalibi olub.

2008-ci ildə o, "Qızıl top" və "Qızıl buts"a layiq görülüb, 2009-cu ildə külli miqdarda pul müqabilində "Real" klubuna keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə