İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Macarıstanın Debretsen şəhərində İştvan Başkainin xatirəsinə həsr olumuş ənənvi beynəlxalq boks turnirinə start verilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır. Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər 3 həmyerlimiz yerli idmançılarla qarşılaşıb. 60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb - 3:0.

81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib - 2:1.

Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub - 0:3.

Qeyd edək ki, adıçəkilən boksçulardan başqa, yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə