İndiki çempionatın bütün matçlarında qol vurub
“Real” yeganə klubdur ki...

"Real" futbol klubu Avropa aparıcı liqaları arasında yeganə klubdur ki, bu mövsümdə milli çempionatın bütün matçlarında qol vurub. "Çelsi", "Volfsburq", "Benfika" və Lissabonun "Sportinq" klubları 2014/2015-ci illər mövsümündə öz birinciliklərində cəmi bir matçda fərqlənə bilməyiblər.

İspaniyanın hazırkı La Liqasında "Real"ın orta məhsuldarlığı bir matçda 3,4 qoldur.

Bundan əlavə, bu mövsümdə Madrid klubu səfər matçlarında Avropanın ən yaxşı klubları arasında hamıdan çox – 37 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə