"Simurq" "Neftçi" ilə oyunun hazırlıqlarına start verib

"Simurq" "Neftçi" ilə oyunun hazırlıqlarına start verib

Topaz Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb. SİA-nın məlumatına görə, dünən məşqə çıxan komanda fevralın 5-də paytaxta gələcək və son çalışmasını qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da keçirəcək. Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak eləmir. Ayağında ağrılar hiss edən müdafiəçi müalicəsi davam edir.

Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da saat 16:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə