Andre Şürrle rəsmən “Volfsburq”da

Andre Şürrle rəsmən “Volfsburq”da

Almaniya millisinin futbolçusu Andre Şürrlenin "Volfsburq"a keçidi rəsmiləşib. Bu mövsümün ilk yarısını "Çelsi"də oynayan 24 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. Almaniya klubu bu transfer üçün "Çelsi"yə ödədiyi təzminat haqda məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl Almaniya mətbuatı A.Şürrlenin "Volfsburq"la 6 illik müqavilə imzaladığını yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə