Bakı 2015 Avropa Oyunları rəsmi dəstəkçilərinin sayını artırdı FOTOLAR
"Azərsun Holding" və "Bazarstore" supermarketlər şəbəkəsi Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi olub. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş icraçı direktoru Azad Rəhimov, "Azərsun Holding"in Baş icraçı direktoru Savaş Uzan, holdinqin İdarə Heyətinin üzvü Tahir Gözəl, BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq iştirak edib.
Öncə Bakı 2015 Avropa Oyunlarının təqdimat videosu nümayiş etdirilib.
Nazir A. Rəhimov bu iki aparıcı şirkətin I Avropa Oyunlarının rəsmi dəstəkçisi olmasındən məmnun olduğunu, onların dəstəyinin Oyunların daha da yaxşı keçirilməsi üçün kömək olacağını bildirib: "Azərsun Holding" özünün "Azərçay" brendi ilə Bakı 2015 Avropa Oyunlarının rəsmi çay tədarükçüsü, həmçinin rəsmi çay məhsullarının təchizatçısı olacaq. Holdinq I Avropa Oyunlarının loqosundan istifadə etmək, marketinq və təbliğat fəaliyyətində "Bakı 2015" brendini kompleks şəkildə əks etdirmək hüququna malikdir. "Azərçay" məhsullarının qutu və qablarının üzəridə "Bakı 2015"in loqosu əks olunacaq və Oyunların başlanmasına qədər televiziya reklamlarında "Bakı 2015"in brendi nümayiş etdiriləcək".
"Azərsun Holding"in Baş icraçı direktoru Savaş Uzan I Avropa Oyunlarının rəsmi dəstəkçisi olduqlarına görə fəxr etdiklərini qeyd edib: "Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi olmaqdan qürur duyuruq. Bütün imkanlarımızla I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün dəstək verəcəyik. Bakı 2015 Avropa Oyunlarının rəsmi supermarketi kimi, "Bazarstore" Avropa Oyunlarının merçendayzinq məhsullarının satışını özünün əsas mağazalarında, bir sıra müvəqqəti satış mərkəzlərində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı ticarət obyektlərində həyata keçirəcək. Bakı 2015 Avropa Oyunlarının brendi, həmçinin şirkətin nəqliyyat vasitələrinin üzərində, mağazadaxili reklamlarda, işçilərin formalarında, müştərilər üçün bazar kisələrində və reklam lövhələrində yerləşdiriləcək".
"Azərsun Holding"in İdarə Heyətinin üzvü Tahir Gözəl bu tarixi dövrdə Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi olduqlarına görə şad olduğunu bildirib. O, Azərbaycanın idman uğurlarından söz açaraq, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.
T. Gözəl Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının yüksək peşəkarlıqla, dünyanın heyran qalacağı şəkildə təşkil olunacağına əminliyini bildirib: "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycanda təşkili dünyada heyranlıqla qarşılandı. Bakı 2015 Avropa Oyunlarının təşkili və yüksək səviyyədə keçirilməsi də dünyada heyranlıqla qarşılanacaq".
BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq "Azərsun Holding" və "Bazarstore" supermarketlər şəbəkəsini Bakı 2015 Avropa Oyunları ailəsində salamlamağa şad olduğunu deyib: "Bu iki şirkətin komandamıza qoşulması ilə Bakı 2015 Avropa Oyunlarını insanların gündəlik həyatına gətirə biləcəyik .
Bu şirkətlərin Bakı 2015 Avropa Oyunlarının dəstəkçisi olması Azərbaycana gələcək idmançılar, nümayəndə heyətləri və turistlərin buradan xoş təəssüratlarla ayrılmaları istiqamətində görülən işlərə də müsbət təsir edəcək".
Daha sonra gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov, "Azərsun Holding"in Baş icraçı direktoru Savaş Uzan, holdinqin İdarə Heyətinin üzvü Tahir Gözəl "Azərsun Holding" və "Bazarstore" supermarketlər şəbəkəsinin Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi olması barədə müqaviləni imzalayıblar.
Sonda tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
.jpg)
.jpg)

.jpg)

.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB