Azərbaycan Premyer Liqasının 2014-2015 mövsümünün ikinci yarısına "Bakı" üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan "Qəbələ" klubu yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Zirə"ni sınağa çəkib. Oyunda "Bakı" ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri iştirak ediblər: Anar Nəzirov (Cavidan Hüseynzadə), Ruslan Tağızadə, Sadiq Quliyev, Aleksandru Benqa (Sahil Mirzəyev), Bəhlul Mustafazadə, Adrian Ropotan, Emin Zamanov , Ekiqo Ehiosun (Ehtiram Şahverdiyev), Mixail Sivakov, Tellur Mütəllimov (Qismət Alıyev), Ramin Həsənov.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən qarşılaşmada "Qəbələ" qalib gəlib -3:1.Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. "Qırmızı-qaralar"ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqada növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB