Qış fasiləsi zamanı Antalyaya təlim-məşq toplanışına yollanan "Qarabağ" klubu 21 günlük hazırlıq prosesini başa vurub. SİA-nın məlumatına görə, yanvarın 31-də Ruminiya təmsilçisi "Tigru Mureş"lə sonuncu yoxlama oyununa çıxan komanda Antalya - İstanbul - Bakı reysi ilə Vətənə qayıdıb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünən futbolçulara istirahət verib. Bu gündən isə komanda Premyer Liqanın növbəti turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB