FİFA-nın prezidenti postuna dörd nəfərin namizədliyi qeydə alınıb. Futbol Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFA) təşkilatın prezidentliyi postuna dörd ərizə qəbul edib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Namizədlər sırasına FİFA-nın hazırkı başçısı Yozef Blatter, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Niderlandın Kral futbol ittifaqının başçısı Mixael van Praq, həmçinin 2001-ci ildə "Qızıl top" mükafatına layiq görülmüş futbolçu Luiş Fiqu daxildir.
FİFA-nın seçki komissiyası hər bir namizədin yoxlama nəticələrini əldə etdikdən sonra onların təşkilatın reqlamentinə uyğunluğunu müzakirə etmək üçün yenidən toplanacaq. Bundan sonra komissiya FİFA-nın başçısı postuna namizədləri rəsmən təsdiq və elan edəcək. Namizədlərin siyahısı seçkilərdən tam bir ay qabaq elan olunacaq.
Qeyd edək ki, seçkilər FİFA-nın aprelin 29-da İsveçrənin Sürix şəhərində baş tutacaq konqresi zamanı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB