AVİF xüsusi mükafata layiq görüldü FOTO

AVİF xüsusi mükafata layiq görüldü FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) ötən ilin ən fəal federasiyası kimi xüsusi mükafata layiq görülüb. SİA-nın məlumatına görə, AVİF Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binasının açılış mərasimində xüsusi diplomla təltif olunub. Mükafatı federasiyanın baş katibi Fərhad Əliyevə gənclər və idman naziri Azad Rəhimov təqdim edib.

Xatırladaq ki, bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Baş İdarənin rəisi Raqif Abbasov, gənclər və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə