"Bakı" FK bənayat yaydı

"Bakı" Futbol Klubu Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Bakı" - "Qəbələ" matçından sonra qonaqların futbolçusu Cavid Hüseynovla meydan sahibi komandanın azarkeşləri arasında yaranan mübahisə barədə bəyanat yayıb. SİA klubun rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatı olduğu kimi nəzərinizə çatdırır: "Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Bakı" - "Qəbələ" matçından sonra xoşagəlməz hadisə baş verib. Qonaqların futbolçusu Cavid Hüseynovla "Bakı" azarkeşləri arasında mübahisə yaranıb. "Bakı" Futbol Klubu bəyan edir ki, azarkeşlər ilə futbolçular arasında münasibətlərin bu həddə çatması yolverilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik. Hər birimizin bir məqsədi olmalıdır - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib, əlimizdən gələn heç bir işi əsirgəməmək".

Bütün xəbərlər Facebook səhifəmizdə