Buzadırmanma yarışları davam edir

Buzadırmanma yarışları davam edir

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edib. 90 idmançı bu yarışda iştirak edib.

İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradıb.

FAİREX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq keçirilən çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edib. Yarışa qatılanlar bu idmandan çox razıdırlar. Bildirirlər ki, Belə idman növü insanlarda ruh yüksəkliyi yaradır.

Buzadırmanma yarışının qalibləri bunlardır. Suret (oglanlar), Shixrehimov Qalib-1, Rehimxanov Ramel-2, Atluxanov Alim-3 (chetinlik) Rehimxanov Ramel-1, Hidayetov Iftixar-2, Atluxanov Alim -3, SURET (qizlar) Pireliyeva Gulnar-1, Ehmedova Leyla-2, Novruzova Fidan-3, CHETINLIK (qizlar) Pireliyeva Gulnar-1, Ehmedova Leyla-2, Eliyeva Susen-3. Klublar: Zirve-1, AMEAST-2, SALAVAT-3 yerin sahibi olub.

Arzu Mustafayev. Hava və Ekstremal İdman Növləri Federasiyasının Vitse Prezidenti Time kod: 08:37-den başlayır

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Emin Kərimov, Qusar-Ləzə

Bütün xəbərlər Facebook səhifəmizdə