Camal Rəhimov Olimpiya oyunlarında iştirak üçün mübarizənin ilk mərhələsini keçdi
Hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli beynəlxalq reytinq yarışına (2 star ranking class) qatılıb. SİA-nın məlumatına görə, çaparımız yarışın ilk mərhələsini keçərək maksimal 50 xal toplayıb.
Qeyd edək ki, bu yarış 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandırır.
Çaparımız yarışda digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya oyunlarına vəsiqə qazanmağa çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB