"Simurq" Peşəkar İdman Klubu transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, komanda daha bir futbolçu ilə müqavilə imzalayıb. Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Simurq" yaxın günlərdə daha bir neçə futbolçunun keçidini rəsmiləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB