Antalyada qış təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha bir yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Rusiyanın Premyer Liqa klublarından "Mordoviya" olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandasının rəqibinin baş məşqçisi ötən mövsüm "Qəbələ"ni çalışdırmış Yuri Syomindir.
Xatırladaq ki, "Qarabağ" bundan əlavə, qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq görüşlərində Xorvatiyanın "RNK Split" (1:3) və Bolqarıstanın "Levski" (0:3) klublarına məğlub olub, Polşanın "Legiya" klubuna qalib gəlib (2:0), İsveçrənin "Sürix" klubu ilə isə heç-heçə edib (1:1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB