PSJ – “Sent Etiyen” matçında maraqlı hadisə baş verib
Dünən Fransa liqasının 22-ci turu çərçivəsində keçirilən PSJ – "Sent Etiyen" matçında maraqlı hadisə baş verib. PSJ komandasının ulduz futbolçusu Zlatan İbrahimoviç etdiyi hərəkətlə gecəyə damğasını vurub. Belə ki, görüşün 90-cı dəqiqəsində rəqib futbolçu Pol Bayse ilə mübahisə edən İbrahimoviç rəqibini ələ salaraq "Sən kimsən?" deyib və futbolçunun adını öyrənmək üçün formasının arxasına baxıb. Əsəbləşən Pol da eyni hərəkəti edib.
Qeyd edək ki, İbrahimoviç daha əvvəl verdiyi açıqlamada Fransa liqasında çox az futbolçunu tanıdığını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB