Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" komandası yanvarın 27-də toplanış çərçivəsində son yoxlama oyununda Türkmənistanın "Altın Asır" klubu ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. "Qəbələ"nin qollarını 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Cavid Hüseynov və 54-cü və 63-cü dəqiqələrdə ukraynalı hücumçu Ruslan Fomin vurublar.
Qeyd edək ki, bu il Antalyada Hollandiyanın "PSV"nin ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyənin "Əskişəhərspor" klubuna 1:3, Rusiya "Kuban"ına 0:2 hesabı ilə uduzan "Qəbələ" "Vorskla"nı (Ukrayna) 2:1, "Adanaspor"u (Türkiyə) 3:2, "Haladaş"ı (Macarıstan) 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB