Topaz Premyer Liqasında fasilə başa çatır. Çempionatın 19-cu turu çərçivəsində "Sumqayıt" kubu səfərdə "İnter"lə qarşılaşacaq. SİA-nın məlumatına görə, bu məqsədlə Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da hazırlığını davam etdirir. Heyətdə zədəli futbolçu yer almır.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu yanvarın 30-da, saat 16:00-da "İnter Arena"da keçiriləcək. Qarşılaşma "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB