Qış toplanışını Bakıda keçirən AZAL PFK istirahətdən sonra yenidən bir araya gəlib. SİA-nın məlumatına görə, komanda dünəndən sırf Topaz Premyer Liqasının XIX turunda qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlıqlarına start verilib. Bütün futbolçuların qatıldığı məşqin əvvəli fiziki hazırlığın artırılmasına yönəlib. Hazırlığın sonunda isə futbolçular müxtəlif oyun komponentləri üzərində çalışıblar.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu yanvarın 31-də baş tutacaq və "AZAL Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB