Qadınlar arasında Azərbaycan Çempionatı yekunlaşdı

Qadınlar arasında Azərbaycan Çempionatı yekunlaşdı

Qadınlar arasında şahmat üzrə keçirilən Azərbaycan Çempionatı yekunlaşıb. SİA-nın xəbərinə görə, 20 zəka sahibinin qələbə uğurunda mübarizə apardıqları yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilib.

8-ci turda Türkan Həsənovaya məğlub olan Nərmin Kazımova sonuncu turda da Səbinə İbrahimova ilə heç-heçə edərək çempionluq şansını itirib. Çempionatın qalibi 9 oyundan 7 xal toplayan, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova olub. Nərmin Kazımova, Nərmin Məmmədova və Türkan Həsənova 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub. Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Xəyalə Abdulayeva, Xanım Balacayeva və Gülnar Məmmədova hərəyə 5.5 xal topayaraq ilk onluqda yer alıblar.

Çempionatın əsasnaməsinə görə I-III yerləri tutan şahmatçılar Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyinin Diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub,həmçinin 1-3-cü yerləri tutan şahmatçılar 2015-ci il şəxsi Avropa Çempionatına vəsiqə qazanıblar.

Turnirin ümumi mükafat fondu 2500 AZN təşkil edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə