“Tata Steel Chess” şahmat turniri başa çatıb NƏTİCƏLƏR

“Tata Steel Chess” şahmat turniri başa çatıb NƏTİCƏLƏR

Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərində start götürən "Tata Steel Chess" ənənəvi şahmat turniri başa çatıb. SİA-nın xəbərinə görə, 77-ci dəfə keçirilən "Tata Steel Masters" superturnirində təmsilçimiz Teymur Rəcəbov da daxil olmaqla 14 top-qrossmeyster mübarizə aparırdı. Həmyerlimizin rəqibləri dünya çempionu Maqnus Karsenlə yanaşı, Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Radoslav Voytaşek (Polşa), Dinq Lijen (Çin), Baadur Cobava (Gürcüstan), Vasili İvançuk (Ukrayna), Xou İfan (Çin), Lyuk Van Veli (Niderland), İvan Sariç (Xorvatiya) və Levon Aronyandır (Ermənistan).

Turnirin qalibi adını 13 turdan aktivinə 9 xal yazan dünya çempionu Karlsen qazanıb. Sonuncu turda Gürcüstan şahmatçısı Baadur Cobavaya məğlub olan Teymur Rəcəbov isə 6 xalla 8-ci yerin sahibi oldu. Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Uesli Sou (ABŞ) və Dinq Lijen (Çin), 8.5 xal toplayaraq 2-5-ci yerləri bölüşdürüblər.

Xatırladaq ki, yarış dairəvi sistem üzrə keçirilirdi və 13 turdan ibarət idi.

Bütün xəbərlər Facebook səhifəmizdə