Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XI turu çərçivəsində "Rabitə" komandası "Azərreyl" kollektivi ilə qarşılaşıb. SİA-nın məlumatına görə, görüşə yaxşı başlayan "Rabitə" ilk setdə qalib gəlməyi bacarıb. "Azərreyl" digər iki setdə də güclü rəqibinə müqavimət göstərə bilməyib.
Beləliklə, "Rabitə" rəqibinə 3:0 (25:21; 25:5; 25:9) hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB