Bakı 2015 Avropa Oyunlarının Ulduz Elçiləri və Avroviziya-2011 Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Mərasimlərdə çıxış edəcək iştirakçıların bazar günü keçirilmiş dinləmələrinə qonaq qismində qatılıblar. Əməliyyat Komitəsindən SİA-ya verilən xəbərə görə, duet oxuyan cütlük Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərində rol almağı gözləyən iştirakçılar qarşısında həvəsləndirici qısa çıxış edib və iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətini vurğulayıblar.
Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib: "Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox Azərbaycanlı gəncin Bakı 2015 Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün çox xoşdur. Bir Ulduz Elçi olaraq Mərasim iştirakçıları proqramı kimi bir sıra təşəbbüslər vasitəsilə çox sayda insanı Bakı 2015 Avropa Oyunlarına cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir".
Açılış və Bağlanış Mərasimlərini hazırlayan Five Currents şirkətinin baş prodüseri Tom Bisinyano deyib: "Biz Azərbaycan haqqında bir arzu yaratmaq istəyirik və bu arzunun reallaşması üçün sizin köməyinizə ehtiyacımız var. Bizə qoşulun və mən sizə həqiqətən də unudulmaz bir təcrübə qazanacağınıza söz verirəm".
Bakı 2015 Avropa Oyunları Mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: "Mənim dinləməm gözəl keçdi və dinləmədə iştirak edən hər kəs çox səmimi və gülərüz idi. Artıq böyük bir ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Bakı 2015 Avropa Oyunlarının Mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm."
Məlumat üçün nəzərinizə çatdıraq ki, Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində təşkilatçı şəhərin müasir Avropada oynadığı rolu əks etdirən ənənəvi Azərbaycan mədəniyyəti qeyd olunacaq, eyni zamanda, Oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarının Mərasimlər komandası cümə günü, 12 iyun tarixində Azərbaycanı yeni tikilmiş Milli Stadionda təmsil etmək həvəsinə, enerjisinə və arzusuna malik olan 16 yaş və 16 yaşdan yuxarı könüllü iştirakçıları işə cəlb edəcək.
Müraciət etmək üçün ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: http://www.baku2015.com/en/join-us/apply-now


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB