"Simurq" Antalyada son məşqinə çıxdı

"Simurq" Antalyada son məşqinə çıxdı

Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" klubu bu gün məskunlaşıdığı "Sirena Belek" otelinin meydançasında son məşqinə çıxıb. SİA-nın məlumatına görə, iki saata yaxın davam edən hazırlığa əvvəlcə qısa məsafəli qaçışla başlanılıb. İsinmə hərəkətlərindən sonra futbolçular iki qrupa bölünüb. Qısa ötürmələrdən ibarət tapşırıqlar yerinə yetirildikdən sonra taktiki və texniki təmrinlər üzərində çalışılıb. Sonda qapıya zərbələrlə bu günlük məşq tamamlanıb.

Qeyd edək ki, sabah "Simurq" Antalya hazırlığı çərçivəsində son yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi Ukraynanın "Volın" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Bundan sonra Zaqatala təmsilçisi təlim-məşq toplanışını başa vuraraq, gecə saatlarnda yola çıxacaq. Komanda iki günlük istirahətdən sonra doğma arenada XIX turun hazırlıqlarına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə