“Qəbələ” Yazalde Pinto ilə yollarını ayırdı

“Qəbələ” Yazalde Pinto ilə yollarını ayırdı

"Qəbələ" İdman Klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 2014-2015 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçunun "Qəbələ"nin heyətindəki yarımillik karyerası başa çatıb. 2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında "Qəbələ"nin heyətində 14 oyun keçirib. Ötən il avqustun 10-da keçirilən Topaz Premyer Liqasının I turunun "İnter"lə oyununda (0:4) "Qəbələ" formasında debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib. Pireneyli futbolçu 1 kubok oyununda 90 dəqiqə meydanda olub. Dekabrın 18-də "Sumqayıt"la səfərdə keçirilən qarşılaşma (1:1) isə Yazaldenin "Qəbələ"də son matçı olub.
"Qəbələ" İdman Klubu Qomeş Yazalde Pintoya "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə