"Neftçi" "Petrolul" klubunu məğlub edib

"Neftçi" "Petrolul" klubunu məğlub edib

"Neftçi" PFK Antalya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, komanda Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu Denis Silva vurub.

Qeyd edək ki, "Neftçi" bunadək Antalyada Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0), "Elazığspor" (0:1) və Ukraynanın "Volın" (4:3) klubları ilə üz-üzə gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə