"Qarabağ" klubu bu gün "Levski" ilə qarşılaşacaq

"Qarabağ" klubu bu gün "Levski" ilə qarşılaşacaq

"Qarabağ" klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan komanda dünən 2 məşqə çıxıb. "Qarabağ" səhər məşqinə ənənəvi vaxtında yollanıb. Daha çox fiziki yükləmələrlə yadda qalan məşq 90 dəqiqə davam edib. Komandanın 2-ci məşqi isə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) baş tutub.

Qeyd edək ki, "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq. Rəqib isə Bolqarıstan təmsilçisi "Levski" olacaq. Oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə